1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat
21:05 / 09.07.2025
2924
Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.
Sfera.az bildirir ki, Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı oxu.az-a rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:
"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".
Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.