Nazir ona yüksək vəzifə verdi


Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

 

A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.


OXŞAR XƏBƏRLƏR