Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Cəmiyyət
22:00 / 07.07.2025
2977
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sfera.az xəbər verir ki, buna səbəb 159 mm boru korroziyaya uğradığından yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsidir.
Nəticədə Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində qaz olmayacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.