Azərbaycanda bu kreditlər bahalaşdı


Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.

 

Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur.

 

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 386.5 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 100 milyon manatı biznes kreditləri, 8 milyard 881.9 milyon manatı istehlak kreditləri, 4 milyard 404.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Təkcə Ukraynaya deyil, bütün ölkələrə tədarük dayandırılıb

Amerika silahlarının və hərbi texnikasının xarici ölkələrə tədarükünün yenidən nəzərdən keçirilməsi yalnız Ukraynanı deyil, bütün ölkə və regionları əhatə edir....

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.   Sfera.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş veri...

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX...

Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

Bu gün Bakı məhkəməsi "Sputnik"in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ape...

“Qarabağ” 4 qol vurub məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.   Sfera.az  xəbər verir ki, Qurban Qurbanovun baş məş...