Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Cəmiyyət
15:46 / 01.07.2025
5466
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 153,9 milyon ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bu, iyunun 1-i ilə müqayisədə 0,5% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,8% artıb, son 1 ildə isə 5% azalıb.