Bakıda WOW Dentistry 2025 görüşü: Beynəlxalq stomatoloji zirvə start götürür

2025-ci il iyunun 26-da Bakı mühüm tibbi tədbirə ev sahibliyi edir – paytaxtda “WOW Dentistry 2025” beynəlxalq stomatoloji zirvə görüşü keçirilir. Alis Hotel-də baş tutacaq bu mötəbər tədbir dünyanın bir çox ölkəsindən tanınmış stomatoloqları bir araya gətirəcək.
Sfera.az xəbər verir ki, tədbir GLOVENT.az, Pathodont Academy of Continued Professional Development və WOW Dentistry Conference-in birgə təşkilatçılığı ilə reallaşır. Saat 10:00-dan 17:00-a qədər davam edəcək görüş stomatologiya sahəsində elmi biliklərin paylaşılması, texnoloji yeniliklərin təqdimatı və peşəkar təcrübələrin müzakirəsi üçün beynəlxalq platforma olacaq.
Görüşə Pakistan, Rusiya, Türkiyə və Azərbaycanın aparıcı stomatoloqları qatılıb. Onların sırasında Prof. Dr. Joharia Azhar, Prof. Dr. Ambrina Qureshi, Prof. Dr. Shahreen, Dr. Sajal (Pakistan), Dr. Julia Kozlova (Rusiya), Prof. Dr. Esra Uzer (Türkiyə), Dr.Sara Adel və Dr. Ayten Zamanova (Azərbaycan) yer alır. Bu mütəxəssislər stomatologiya sahəsində beynəlxalq elmi platformalarda çıxış edən və yüksək peşəkarlıqla tanınan simalardır.
Tədbirdə aşağıdakı əsas mövzular müzakirə ediləcək:
Rəqəmsal stomatologiya və 3D çap texnologiyaları
Estetik və bərpaedici stomatologiyada müasir yanaşmalar
Süni intellektin stomatologiyada tətbiqi
Beynəlxalq klinik protokollar və pasiyent baxışları
Gənc stomatoloqlar üçün təlimlər və ustad dərsləri
Əlaqə üçün: [email protected]
Ətraflı məlumat: www.glovent.az