Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

İyunun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Salyan, Neftçala, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Ağdam, Ağdərə, Füzuli, İmişli, Beyləqan, Laçın, Cəbrayıl, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağcabədi, Saatlı, Sabirabad, Şirvan, Quba, Qusar, Şabran, Xaçmaz, Xızı, Siyəzəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Mingəçevir, Daşkəsən, Naftalan, Goranboy, Qobustan, Hacıqabul, Kəlbəcərdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.