Papa Quterreşlə görüşdü

Cəmiyyət
18:12 / 11.06.2025
4580
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə hazırda dünyada yaşanan müxtəlif böhranların həllində BMT-nin üzləşdiyi çətinliklər nəzərdən keçirilib. Eyni zamanda, konkret münaqişə və qeyri-sabitlik situasiyaları, BMT tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər barədə müzakirələr aparılıb.