Baş nazir daha bir qərar imzaladı


Baş nazir daha bir qərar imzaladı

Nazirlər Kabineti "Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası"nı təsdiq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qayda “Texniki təhlükəsizlik haqqında” qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.

 

Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.

 

Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

 

Obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və vahid dövlət reyestrinin aparılmasını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirəcək.

 

Bu Qayda aşağıdakıları müəyyən edir:

 

- vahid dövlət reyestrinə qeydiyyat məqsədilə daxil edilən obyektlərə dair məlumatlar və onların tərkibi;

 

- obyektlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətlərə baxılması qaydası.

 

Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı tarixdən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian ürək əməliyyatı etdi –FOTO

Mayın 21-də Təbrizə səfər edən İran Prezidenti Məsud Pezeşkian şəhərin "Şəhid Mədəni" xəstəxanasında ürək əməliyyatı həyata keçirib.   Sfer...

Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fə...

Onlar 1000 manata qədər cərimə oluna bilər

Prezident İlham Əliyev “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqın...

Azərbaycan - Belarus oyununun vaxtı və yeri AÇIQLANDI

Azərbaycan U-21 millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu barəd...

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.   Sfera.az ...

Azərbaycanda bu alkoqollu içkilərin reklamı QADAĞAN OLUNDU

Azərbaycanda rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin rekla...