Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

 

Bildirilib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xətlərinin hava kompresor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR