Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü X sinifli (ən güclü və potensial təhlükəli) partlayış qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Fedorov adına Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Məlumata əsasən, Bakı vaxtı ilə saat 12:23-də Günəşin 4087 (N16E65) ləkə qrupunda rentgen diapazonunda 32 dəqiqə davam edən X2.5 sinifli alışma baş verib.
Bundan əlavə, saat 11:45-də 15 dəqiqə davam edən güclü M sinifli partlayış da qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun məlumatına görə, bu ayın ilk X sinifli məşəli mayın 13-də, Bakı vaxtı ilə saat 19:38-də baş verib.
Qeyd edək ki, Günəş partlayışı rentgen şüalanmasının intensivliyinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Onların arasında X sinifli məşəllər ən güclüsü hesab olunur və şiddətli geomaqnit qasırğalarına səbəb ola bilər.
Fidan Hacızadə
Sfera.az