Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Mayın 14-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

 

Qeyd edilib ki, düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26 %-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21 %-i), Ağstafada 27 (aylıq normanın 51 %-i), Daşkəsəndə 23 (aylıq normanın 23 %-i), Tovuzda 22 (aylıq normanın 41 %-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan, Cəlilabad, Xınalıq, Xaltan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.
 

Sumqayıt, Pirallahı, Şərur, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Sədərək, Qax, Quba, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

 

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağdam və Bərdədə 22, Göyçay, Oğuz, Gəncə, Daşkəsən və Tərtərdə 20, Culfada 19 m/s-dək güclənir.
 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.
 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-dək davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...