Unutmadıq, unutmarıq – 8 MAY

Unutmadıq, unutmarıq – 8 MAY

8 may 1992-ci il tarixində Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bu tarix Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.

 

Sfera.az xəbər verir ki, işğal nəticəsində minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşərək ölkənin müxtəlif bölgələrinə məcburi köçürülmüşdü. Şəhər həm maddi, həm də mənəvi baxımdan ciddi dağıntılara məruz qalmışdı. Həmçinin, Şuşanın müdafiəsində iştirak edən təxminən 200-dən çox vətəndaşımız həlak olmuşdu.

 

Lakin 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa düşmən işğalından azad edildi.

 

O vaxtdan bəri şəhərdə genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilir. Paralel olaraq, mərhələli şəkildə yerli əhalinin doğma torpaqlarına qayıdışı təmin olunur. Qeyd edək ki, 2023-cü ildən etibarən şuşalı ailələrin geri dönüş prosesi ardıcıl şəkildə davam etdirilir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...

Öz-özünə polkovnik rütbəsi veribmiş -Eks-rəisə 10 il həbs!

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...

İrandan sonra İsrail də itkilərini elan etdi

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri D...