Bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət
10:00 / 08.05.2025
2468
Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, "Qaz İxrac" İdarəsinə məxsus "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.