Hacı Salmana hökm oxundu

Hacı Salmana hökm oxundu

Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, məhkəmə ilahiyyatçını Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə təqsirli bilib.

 

Məhkəmədə ifadə verən Hacı Salman azyaşlıya qarşı heç bir pis niyyətinin olmadığını, ona qarşı seksual zorakılıq etmədiyini deyib və buna dair ekspertiza rəyi olduğunu bildirib. Lakin məhkəmədə onun ibtidai istintaqa verdiyi etirafedici ifadə elan edilib. Həmin ifadədə Hacı Salman küçədə gördüyü 11 yaşlı qıza qarşı hisslərinin oyandığını və onun yanağından öpdüyünü, kənara çəkərək digər hərəkətlər etdiyini deyib.

 

Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Hacı Salman Kamiloğluna 3 il 9 ay həbs cəzası verilib.

 

Qeyd edək ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Daha bir ölkə hava məkanını bağlayır

Qətər hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.   Sfera.az xəbər verir ki, bu barədə Qətər Xarici...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Araik Arutyunyan prokurorların suallarını cavablandırarkən Azərbay...

Qətər hava məkanını bağladı - İranın hücumları gözlənilir

Qətər növbəti xəbərdarlığa qədər hava məkanını bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Qətər hökumətinin yaydığı məlumatda bildirilir. &nbs...

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırdı

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan “Şirvan” komandası bütün futbolçuları və texniki heyətlə yolları...

İsraildə raket hücumları nəticəsində 25 nəfər həlak olub

İranın İsrailə raket hücumları nəticəsində 25 nəfər həlak olub, 1 300-dən çox insan yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş nazi...

"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatdı

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.   Sfera.az xəbər ve...