Sabah leysan olacaq


Sabah leysan olacaq

Aprelin 29-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya XidmətindənSfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntılar səhər tədricən kəsiləcək, hava şəraiti gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...

İsrail Şirazda hərbi mərkəzə zərbə endirdi

İsrail İranın Şiraz şəhərindəki hərbi mərkəzə hava zərbəsi endirib.   Sfera.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb....

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...