Bu çaylarda suyun səviyyəsi artdı

Bu çaylarda suyun səviyyəsi artdı

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

 

Milli Hidrometeoroloji Xidmətdən Sfera.az-a verilən məlumata görə, avtomat hidroloji stansiyaların aprelin 28-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

 

Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb.

 

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR