Günə enerjili başlamağın 6 SİRRİ

Günə enerjili başlamağın 6 SİRRİ

İnternetin, smartfonların və xəbərdarlıqların mövcud olmadığı bir dövrdə yaşayan Benjamin Franklin, Çarlz Darvin və Florens Naytinqeyl kimi tarixi şəxsiyyətlərin gündəlik vərdişlərindən ilhamlanaraq yaradılan səhər rutini 30 gün ərzində sınaqdan keçirilib. Nəticədə daha az stress, daha aydın düşüncə və artırılmış məhsuldarlığın yarandığı müəyyən olub.

 

Sfera.az “Sözcü”nəşrinə istinadən xəbər verir ki, köhnə dövrün prinsipləri əsasında qurulan səhər rutini belədir:

 

Təbii bədən ritmini izləmək üçün tez saatlarda günəşlə birlikdə oyanmaq;
Sosial mediadan uzaq, düşüncələri təşkil edən gündəlik yazıları ilə günə başlamaq;
İdman salonu əvəzinə yüngül səhər gəzintiləri və ya evdə sadə məşqlər;
Hər gün eyni, balanslı və sadə qidalanma ilə enerji qənaəti;
Telefonu yoxlamadan 90 dəqiqəlik dərin iş və fasiləsiz və diqqətli fəaliyyətlə məhsuldarlığın artırılması;
Rəqəmsal planlaşdırıcılardan uzaq, prioritetləri kağızda qeyd etməklə diqqətin formalaşdırılması.

 

Bu klassik səhər rejimi müasir texnologiyanın yaratdığı diqqət dağınıqlığını azaltmaqla yanaşı, şəxsin səhərə öz nəzarətini bərpa edir. Artıq səhərlər xaotik və yorucu deyil, əksinə, yaradıcı və nəzarətdə olunan vaxt dönəminə çevrilir. Əgər siz də daim tələsirsinizsə, diqqətinizi cəmləməkdə çətinlik çəkirsinizsə və ya özünüzü həddən artıq yüklənmiş hiss edirsinizsə, bu “köhnə məktəb” rejimini bir həftə sınaqdan keçirin. Nəticədə siz sadəliyin və zehni aydınlığın nə qədər güclü olduğunu özünüz hiss edəcəksiniz.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...