Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq


Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Abşeron rayonu, Məhəmmədi kəndində siyirtmənin quraşdırılması ilə əlaqədar 23.04.2025-ci il saat 16:00-dan etibarən qaz təchizatı dayandırılıb.

 

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən bildirilib.

 

Bildirilib ki, ərazidə təmir-quraşdırma işləri aparılır və Məhəmmədi kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Həmçinin “Qaz İxrac” İdarəsinə məxsus Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 24.04.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin - Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


OXŞAR XƏBƏRLƏR