Mediatorlar sertifikat almalı olacaq

Mediatorlar sertifikat almalı olacaq


Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.

 

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Bundan əlavə, təklif edilən dəyişikliyə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR