Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105 %-i), Qusarda 31 mm (aylıq normanın 65 %-i), Beyləqanda 30 mm (aylıq normanın 98 %-i), Ağdamda 27 mm (aylıq normanın 55 %-i), Lerikdə 26 mm (aylıq normanın 36 %-i), Xocalıda 25 mm (aylıq normanın 35 %-i), Zərdabda 24 mm (aylıq normanın 77 %-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm(aylıq normanın 37 %-i), Göyçayda 20 mm (aylıq normanın 103 %-i), Xaltanda 19 mm (aylıq normanın 28 %-i), Şəkidə 19 mm (aylıq normanın 21 %-i), Balakəndə 19 mm (aylıq normanın 19 %-i), Kürdəmirdə 18 mm (aylıq normanın 52 %-i), Ağstafada 18 mm (aylıq normanın 48 %-i), Tərtərdə 17 mm (aylıq normanın 70 %-i), Yevlaxda 17 mm (aylıq normanın 51 %-i), Mingəçevirdə 17 mm (aylıq normanın 50 %-i), Qəbələdə 17 mm (aylıq normanın 17 %-i), Yardımlıda 16 mm (aylıq normanın 26 %-i), Sabirabadda 15 mm (aylıq normanın 50 %-i), Naftalanda 15 mm (aylıq normanın 48 %-i), Bərdədə 15 mm (aylıq normanın 62 %-i), Şabranda 14 mm (aylıq normanın 48 %-i), Qaxda 13 mm (aylıq normanın 19 %-i), Gəncədə 12 mm (aylıq normanın 39 %-i), Altıağacda 12 mm (aylıq normanın 17 %-i), İsmayıllıda 11 mm (aylıq normanın 11 %-i), İmişlidə 10 mm (aylıq normanın 34 %-i), Şamaxıda 10 mm (aylıq normanın 15 %-i), Zaqatala, Naxçıvan, Şəmkir, Qobustan, Lənkəran, Göygöl, Cəlilabad, Tovuz, Biləsuvar, Ceyrançöl, Daşkəsən, Astara, Gədəbəy, Zəngilanda 2-9 mm-dir.

 

Qeyd olunub ki, dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Şuşa, Laçında isə qar yağır, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatır.

 

Çaylarda müşahidə olunan faktiki vəziyyətə gəlincə isə ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.

 

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...