Sabah iki rayon QAZSIZ QALACAQ


Sabah iki rayon <span style="color:#ff0000">QAZSIZ QALACAQ</span>
Kateqoriya məlum deyil08.04.25, 15:508952 👁️
T

Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə 09.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...