Prezidentin fərmanı nəyi asanlaşdırır?

Prezidentin fərmanı nəyi asanlaşdırır?

 


Prezidentin Fərmanının icrası ilə bağlı son prosedurların müəyyən edilməsi, yeni mexanizmlərin, xüsusən də qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi ölkənin vətəndaş cəmiyyətinin və xarici donorların istədiyini təmin edirmi? "Vətəndaşların əmək hüquqları Liqası”nın sədri, hüquq müdafiəçisi Sahib Məmmədov  bu suala belə cavab verib. "2012-ci ilədək mövcud olan qanunvericiliyin əvvəlki şəkildə bərpa olunması əslində nə mümkün deyil, nə də zəruridir. İndiki qaydaların düzgün və qanuna müvafiq təmin olunması və mexanizmlərin tam təmin edilməsi halında ölkədə donor fəaliyyətini həyata keçirmək tamamilə asanlaşır. 


11 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə Qərarını açıqladı.

Qərara dəyişiklik "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının 3-cü bəndinin tələblərini yerinə yetirmək üçün qəbul edilmişdir.

İlk növbədə xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" sistemi yaradıldı. Bu o deməkdir ki, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi, qrantın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı bir müraciət əsasında və sənədləri "bir pəncərəyə” təqdim etməklə həyata keçiriləcəkdir. Bundan əvvəl isə donor müxtəlif icra hakimiyyəti orqanlarına ayrı-ayrılıqda və növbə ilə müraciət etməli, hər biri orqan üçün müxtəlif sənədlər təqdim etməli idi. Eyni zamanda donor yalnız birindən müsbət cavab aldıqdan sonra digərinə müraciət etmək hüququ əldə edirdi.

İkincisi, əvvəllər qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi, qrantın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı üçün yalnız donor müraciət edə bilərdi. Praktikada qapalı dairə əmələ gəlirdi. İndi isə bu prosedur həm donor, həm də resipiyent edə biləcəkdir. Sadə bir misal. Azərbaycanda xarici donordan qrant alıb sub-qrant verən fondlar mövcuddur. Onlar indi xarici donordan aldığı qrantla bağlı bütün sənədləşməni, sonrakı proseslərdə isə sub-qrant verilməsi ilə bağlı bütün sənədləşməni özü həyata keçirə biləcəkdir.

Üçüncüsü, müddətlərdə ciddi dəyişikliklər baş verib. Zəruri hallarda müddətlər artırılıb, əksinə cavab üçün müddətlər qısaldılıb. Məsələn, qaydalarda müəyyən olunan "Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 (on beş) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir” müddəasındakı müddət daha 15 gün artırılaraq 30 gün müəyyən olunub. Büdcə vəsaiti əsasında maliyyə yardımı göstərən donorlar üçün isə müəyyən edilən üç günlük müddət yeddi günlə əvəz edilib. Praktikada müddətlərin qısa olması problemlərə gətirirdi. İndi isə müəyyən olunan müddət kifayət edəcəkdir.

Dördüncüsü, təqdim olunan sənədlərin azaldılması. Ümumiyyətlə əvvəlki qaydalarda müəyyən olunmuş 8 sənəddən 4-ü ləğv edilir. Ləğv edilmiş sənədlər sırasında həmçinin, "Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti” də vardır. Bu dəyişiklik çox ciddi dəyişiklikdir və təcrübəni asanlaşdırır.

Xüsusilə qeyd olunmalıdır ki, bu dəyişikliklər həmçinin hökumət-vətəndaş cəmiyyəti dialoqunun nəticəsidir. Dəyişikliklərdə müxtəlif səviyyələrdə təşkil edilmiş dinləmələr zamanı, Hökumət-QHT dialoqu və nəhayət "Açıq Hökumətə dair Hökumət-Vətəndaş Cəmiyyəti” Platformasının səyləri nəticəsində verilmiş təkliflərin bir çoxu nəzərə alınmışdır.

İndi qalır yeni qaydalara uyğunlaşmaq. Bu sahədə hökumətin üzərinə xeyli vəzifələr düşür. Amma, bu məsələdə fikrimcə vətəndaş cəmiyyəti sektoru daha çox işləməlidir. Çirkli pullara alışanlara qarşı mübarizə təkcə hökumətin işi deyil."/azvision.az/


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...