BMT Ağdamdakı mina partlayışını araşdıracaq


BMT Ağdamdakı mina partlayışını araşdıracaq

Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.

 

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

 

S.Düjarrik bu gün Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib.

 

“Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”, - sözçü qeyd edib.

 

Xatarladaq ki, BMT Baş katibi Antonio Quterreş ötən ilin noyabr ayında “Report”un ABŞ bürosuna müsahibəsində Azərbaycanın Qarabağ regionunda minatəmizləmə səylərinin BMT üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir BMT-nin İnkişaf Proqramı (UNDP) bölgədə bu istiqamətdə fəaliyyət göstərir.

 

UNDP-nin bölgəni minalardan təmizləmə səyləri və baş verən insidentlər barədə heç bir məlumat verməməsi sual doğurur.

 

Qeyd edək ki, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...