Bakıda qorxulu filmləri xatırladan uşaq sanatoriyası niyə bu haldadır? - FOTOLAR

Bakıda qorxulu filmləri xatırladan uşaq sanatoriyası niyə bu haldadır? - FOTOLAR
Kateqoriya məlum deyil
T

Bakı şəhərinin Xəzər rayonu, Zağulba qəsəbəsində yerləşən Yevsey Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyası uzun illər ərzində uşaqların müalicə aldığı xüsusi tibb müəssisəsi olub. 1914-cü ildə tikilən bu bina Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, tanınmış pediatr Yevsey Gindes tərəfindən vərəm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün inşa etdirilib.

 

 

Sfera.az bildirir ki, sanatoriya binası memarlıq baxımından neoklassik və Şərq üslublarının sintezini əks etdirir.

 

İkimərtəbəli binanın fasadı tağlı pəncərələr və simmetrik sütunlarla zəngindir. Lakin zamanla baxımsız qalan bina hazırda tamamilə tərk edilmiş vəziyyətdədir. Divarlarında qrafitilər, qırılmış şüşələr və dağılmış tikinti materialları binanın məhvə doğru getdiyini göstərir.

 

 

Sanatoriyanın həyəti və ətrafı da maraqlı tarixi elementlərlə zəngindir. Dənizə açılan geniş park sahəsi, burada vaxtilə qurulmuş heykəllər və fəvvarə sistemi sanatoriyanın bir zamanlar abad bir məkan olduğunu sübut edir. Lakin illər keçdikcə bu heykəllər ya tamamilə sıradan çıxıb, ya da üzərləri zədələnib.

 

 

Parkın əsas giriş hissəsində dairəvi fəvvarə meydançası yerləşir. Hazırda o da baxımsız vəziyyətdədir, su təchizatı dayandırıldığı üçün quruyub və yalnız beton konstruksiyaları qalıb. Bu elementlər sanatoriyanın keçmişdəki estetikasını və landşaft memarlığını xatırladır.

 

Hazırda bina istifadəsizdir və tarixi irs kimi qorunmur. 2024-cü ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sanatoriyanın tarixi əhəmiyyətinin qiymətləndirilməsi planlaşdırılıb.

 

 

Sanatoriyanın tərk edilmiş binası daşınmaz tarix- mədəniyyət abidələrinin reyestrinə daxil edilməyib. Tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçiriləyi bildirilsə də, binanın qorunub saxlanılması və ya yenidən istifadəyə verilməsi ilə bağlı konkret qərarlar hələ də məlum deyil. Bu cür tarixi binaların qorunması və onların mədəni irs kimi gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Əgər sanatoriyanın bərpası həyata keçirilərsə, o ya yenidən tibb müəssisəsi, ya da mədəni turizm obyekti kimi fəaliyyət göstərə bilər.

 

Xatırladaq ki, Gindes adına Uşaq Sümük- Vərəm Sanatoriyası bir neçə il öncə müasir binaya köçürülüb.  

 

 

Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR