Şahdağa qar yağır

Şahdağa qar yağır

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.

 

Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.

 

***

 

Saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib.

 

Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır.

 

Şahdağda isə arabir qarın yağması müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Ass...