Azərbaycanda güclü zəlzələ gözlənilir?


Azərbaycanda güclü zəlzələ gözlənilir?

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.

 

Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

 

Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.

 

Sfera.az xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.

 

"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".

 

Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:

 

"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq".

 

Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?

 

Q.Yetirmişli suala cavabında deyib:

 

"Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq, söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss olunan zəlzələlər gücdən, dərinlikdən asılı olur, öncədən demək düzgün deyil, amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun". (Modern.az)


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...