Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı


Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında İnstaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib.

 

Sfera.az “Statcounter”ə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.

 

İkinci yerdə qərarlaşmış Feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 1,3 faiz, illik müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü yerdə qərarlaşıb. Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.

 

İlk beşliyi sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş Tvitter) qərarlaşıb. Bu sosial şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz azalıb.


OXŞAR XƏBƏRLƏR

26 il karantində saxlanılan “Tifoid Meri”nin hekayəsi - FOTO

Təsəvvür edin, özünüzü tamamilə sağlam hiss edirsiniz, lakin hakimiyyət sizi ölümcül epidemiyanın mənbəyi olmaqda ittiham edir. Üstəlik, ittihamlar sadəcə şayiə...

İş yoldaşının xoş xəbərini eşidən qadın onu zəhərləyib

Braziliyanın Qoyas əyalətində yerləşən Abadia de Goias şəhərindəki tekstil fabrikində işçilərdən biri həmkarını zəhərləməkdə ittiham olunur. İstintaqın məlumatı...

“Ağca qız” qalmaqalı: Nağıl premyerası ləğv edildi

“Disney” mübahisəli uyğunlaşmaya reaksiya verməmək üçün Böyük Britaniyada “Snow White” (Ağca qız) premyerasını keçirmək planlarından imt...

Təsadüfi 4 dollarlıq alış kişiyə 2,2 milyon dollar qazandırdı - TƏFƏRRÜATLAR

1980-ci illərin sonlarında Pensilvaniyada (ABŞ) bit bazarına gələn adi alıcı təsadüfi alış sayəsində qəflətən varlanıb. O, yalnız çərçivəsinə görə diqqətini çək...

Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq

Türkiyə 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştə...

Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın sərgisi açılıb - FOTO

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı...