Bakıda yaşayış binasında YANĞIN


Bakıda yaşayış binasında YANĞIN

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR