Bakıya sulu qar yağacaq


Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.

 

Yolların buz bağlaması davam edəcək.


OXŞAR XƏBƏRLƏR

ABŞ-nin Ukrayna ehtiyacı: 500 milyard dolların gizli hədəfi

"ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qarşılanmas...

Türkan: "Ərə getsəm, çölə çıxmayacam" – VİDEO

  "Ərə getsəm, çölə çıxmayacam". Sfera.az  xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib. "Rəngarəng&quo...

Daha bir ölkə Ukraynadan pullarını geri istəyir

Ukrayna göstərilən yardım üçün Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.   Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Milli Şurasının vitse-spi...

Azərbaycan-Pakistan əlaqələrində yeni mərhələ

Azərbaycan-Pakistan əlaqələri həmişə dostluq və qardaşlıq şəraitində inkişaf etməkdədir. Bu münasibətlər müstəqilliyimiz dövründə daha da möhkəmlənib. Pakistan ...

"Azərbaycan ötən illər ərzində bütün bəyanatlarına sadiqliyini qoruyub"- Ülvi Quliyev

Müstəqillik dövründə Azərbaycana yaxınlığı ilə seçilən, bütün beynəlxalq platformalarda ölkəmizin haqq işinə tərəddüdsüz dəstək verən qardaş və dost dövlətlər a...

Ukrayna ABŞ-siz nə qədər tab gətirəcək? - AÇIQLAMA

ABŞ-nin hərbi yardımı olmadan Ukrayna indiki səviyyədə yaya qədər mübarizə apara bilər.    Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The...