Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq


Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, Kunanbayev, Aydınbəyov və Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR