\"Qafqaz\" universitetinin müəllimləri nazirliyə çağırıldı

\

Bu gün Təhsil Nazirliyində "Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçiriləcək.

Bu barədə "Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məlumat verib. Bildirib ki, universitetin fəaliyyətinin dayandırılması ilə bağlı onlara çoxsaylı müraciətlər daxil olur. 

"Bizə tələbələr, valideynlər müraciət edirlər. Onlar narahatlıqlarını ifadə edirlər”. 

R.Rza bildirib ki, yayılan məlumatlara görə, "Qafqaz” universitetin nəzdində Bak Mühəndislər Universiteti olacaq. Bu haqda dəqiq məlumat yoxdur: "Yeni yaradılacaq universitetlə bağlı nə fərman, nə də tapşırıq var. Hazırda bu istiqamətdə işçi qrupu işləyir”.

Mətbuat katibi vurğulayıb ki, bu gün keçiriləcək görüşdən sonra universitetin statusu, fəaliyyəti barədə qərar veriləcək. Həmin qərar gələn həftə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, "Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Kanalda batan 17 yaşlı gəncin meyiti tapıldı - Ölkə çempionu imiş

Ağdaşda kanalda batan 17 yaşlı gəncin meyiti tapılıb.   Sfera.az Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süley...

"Elitalar Rusiyadan qisas almağa çalışırlar" - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Rusiyaya qarşı aqressiv münasibətdə ittiham edib.   Sfera.az bu barədə Rusiya media...

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.  ...

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...