Bu ərazidə işıq olmayacaq
Cəmiyyət
10:54 / 05.02.2025
8087
Bu gün Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.