Bu tarixdən hava kəskin DƏYİŞİR

Bu tarixdən hava kəskin <b><span style="color:#ff0000">DƏYİŞİR</span></b>
Kateqoriya məlum deyil04.02.25, 09:375652 👁️
T

Bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq ayın 8-dək hava şəraiti dəyişəcək.

 

Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) isə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

PAYLAŞ
Sehliyali
Yüklənir...