Bu gün Gənclər Günüdür


Bu gün Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

 

Sfera.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

 

1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.

 

Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

 

Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.

 

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.

 

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.

 



OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakının Suriya və Fələstinlə bağlı mövqeyi AÇIQLANDI

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq m...

Kimliyi məlum olmayan iflic rus gəncinə analıq edən türk qadın haqqında film çəkilir - FOTO

Bəzən həyat bizi ən gözlənilməz anlarda heç vaxt görüşmədiyimiz biri ilə bağlayır və qəlbimizdə silinməz izlər buraxır. İllərdir Türkiyədə iflic olan rus yeniye...

"Yalı çapkını"nda yeni aktyor - FOTO

"Yalı çapkını" serialına yeni aktyor daxil olacaq.   Sfera.az xəbər verir ki, ekran işində son olaraq "Şakir Paşa ailəsi"ndə çəki...

Amerika qanunlarında bir-birindən MARAQLI QADAĞALAR

Dünyanın hər yerində maraqlı və bəzən gərəksiz görünən qanunlar var. Ancaq bəziləri var ki, oxuyanda “Bunun qadağan edilməsinə həqiqətən ehtiyac var idimi...

Cennifer Lopez Ben Afflekin hərəkətlərinə qəzəblənib

Amerikalı müğənni Cennifer Lopez Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarnerlə yaxın münasibətinə görə qəzəblənib.   Sfera.az bildirir ki, Lope...

Kim Çen Inın 20 xüsusi təyinatlı əsgəri yoxa çıxıb

20 xüsusi təyinatlı əsgər bir sadə qaydanı pozaraq Kim Çen Inın təhlükəsizliyinə ciddi şəkildə təhlükə törətdikdən sonra Şimali Koreyada izsiz şəkildə “yo...