Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edildi - YENİLƏNDİ

Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edildi - YENİLƏNDİ

2025-01-22 23:05

 

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

 

Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

****

 

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR