Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə iş saatı AZALDILDI

İspaniya hökuməti ifrat solçu Sumar partiyasının maaşlara toxunmadan iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi təklifi ilə razılaşıb.   Sfera.a...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məc...

Güclü külək əsir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abş...

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...