Bu universitetlərə 27 milyon manat ayrıldı

Bu universitetlərə 27 milyon manat ayrıldı

“2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsində 27 milyon manat nəzərdə tutulub”.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib.

 

Nazir müavini bildirib ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub:

 

“2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsait nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.

 

Ölkə Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub”.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...