Yasamalda daha bir park salınır - FOTO

Yasamalda daha bir park salınır - FOTO

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Qeyd edilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.

 

Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.

 

"Təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz".


OXŞAR XƏBƏRLƏR

Bank kartlarından oğurluğun qarşısını necə alaq? - AÇIQLAMA

Son zamanlar gündəmdə olan məsələlərdən biri də bank kartlarından maliyyə vəsaitlərinin oğurlanmasıdır.   Hər gün artan bu problem insanların böyük m...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Evdən bayıra ÇIXMAYIN! Ölkə gücləndirilmiş iş rejiminə keçdi

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.   Fövqəldə Hallar Nazi...

Ağsuda seldə ölən şəxs rəis imiş

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsa...

Rubl kəskin BAHALAŞDI - Azərbaycana da təsiri olacaq

Rusiya mənşəlli məhsulların Azərbaycan bazarında rəqabət imkanları məhdudlaşır. Rusiyaya qarşı sanksiyaların davam etməsinə baxmayaraq, rubl bahalaşır.  ...

ABŞ-dən etiraf: "Ukraynaya yardım az olub"

ABŞ Ukraynaya verilən hərbi yardımın məbləğini dəqiqləşdirib.  Yeni hesablamaya əsasən, indiyə qədər edilən yardımın məbləği 300 milyard dollar yox, 100 mi...

Güclü yağış bu stadionu yararsız hala saldı – VİDEO

İkinci Liqanın 21-ci turu çərçivəsində keçirilməli olan “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.   Sfera.a...