Həkimlər Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-2

Həkimlər Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-2

Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

 

O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.

 

Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.

 

Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılıb.

 

***

16:50

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.

 

Bu barədə Sfera.az-a klinikadan məlumat verilib.

 

***

15:56

 

Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.

 

A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.

 

Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.

 

Evli idi, bir övladı yadigar qalıb.


OXŞAR XƏBƏRLƏR

"İran düşmənə cəhənnəmi yaşadacaq" - Qalibaf

 İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin İsrail rejiminə qarşı cavab əməliyyatları və yaranmış vəziyyətlə bağlı sərt bəyan...

Axtarışda olan 61 nəfər ələ keçirildi

İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...

Pezeşkian İran xalqına çağırış etdi

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xa...

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər "od tutub yanır"

Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən otellərdə bir gün gecələmə qiymətləri 15 manatdan başlayar...

Bakı və Abşeronda 4 gün su kəsiləcək- Qəza olub

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. ...

Pensiya ilə bağlı yeni sevindirici xəbər var!

Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab ol...