General-mayor Novruzəli Orucov keçmişini saxtalaşdırıb?-İDDİA

General-mayor Novruzəli Orucov keçmişini saxtalaşdırıb?-İDDİA
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovla bağlı AFN-in redaksiyasına ilginc məlumat daxil olub. 

Bir qrup Qarabağa müharibəsi iştirakçısı adından yazıldığı bildirilən məktubda N.Orucovun öz keçmişi ilə bağlı məlumatları saxtalaşdırdığı qeyd edilir. Onun tərcümeyi-halında göstərildiyi kimi döyüşlərdə iştirak etmədiyini iddia edən məktub müəllifləri bildirirlər ki, rəis müavini məlum olmayan səbəblərdən özünü keçmiş döyüşçü kimi qələmə verir: "Nədənsə bunlarda belə təəssürat var ki, hərbi sistemdə işləyirsə mütləq müharibədə iştirak etdiyi görüntüsünü yaratmalıdırlar. Halbuki, istənilən vəzifədə təmsil olunmaq üçün döyüş təcrübəsi yox, bilik, savad, bacarıq lazımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi sistemdir, lakin burada da N.Orucovun tutduğu vəzifəni tutmaq üçün döyüşçü olmaq vacib deyil. Buna baxmayaraq, nədənsə adıçəkilən şəxs özünün haqqında məlumatları saxtalaşdıraraq guya Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirir. Halbuki, biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib. Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.
Məktub müəllifləri məsələ haqda ölkə rəhbərliyinə müraciət ünvanlanacağını bildirirlər.

AFN N.Orucovla bağlı məlumat sistemi olan vikipediyadakı bilgini diqqətə çatdırır:

Orucov Novruzəli Hüseyn oğlu 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb.
1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində - Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib.
Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib.
Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub.
Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb.
Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib.
N.Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2010-cu il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
2012-ci ilin may ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinidir.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...