"İki qida subyekti müəssisəsinə “HALAL” uyğunluq sertifikatı təqdim olunub" - AQTİ

"İki qida subyekti müəssisəsinə “HALAL” uyğunluq sertifikatı təqdim olunub" - AQTİ

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən “HALAL” sertifikatlaşma prosesini davam etdirir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən sfera.az-a verilən məlumata görə, proses çərçivəsində artıq 8 qida subyekti “HALAL” sertifikatı almaq üçün müraciət edib.

 

Həmin müraciətlər əsasında “Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilir.

 

AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim edilən sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu, o deməkdir ki, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir.

 

“HALAL” sertifikatın təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən www.afsi.gov.az veb-səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq [email protected] elektron poçt ünvanına göndərilir. Sonra institutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Yekunda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

 

Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Həmin kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir.


OXŞAR XƏBƏRLƏR

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...