Bakıya qar yağacaq - BU TARİXDƏ

Bakıya qar yağacaq - BU TARİXDƏ

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...