Sumqayıtdakı partlayışlarda yaralananların SON DURUMU

Sumqayıtdakı partlayışlarda yaralananların SON DURUMU

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.

 

Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.

 

Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

 

1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.

 

Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il  təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

 

Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.

 

1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.

 

1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.

 

Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.


OXŞAR XƏBƏRLƏR

Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətl...

"ABB" səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesa...

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə h...

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərz...

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...