Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşdi

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşdi

Bu ilin III rübündə Azərbaycanda cəmi istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

 

Banklar sorğuda əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildirib. Respondentlər cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

 

Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalıb. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.

 

Sorğuya əsasən istehlak kreditləri üzrə bankların likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş verib.

 

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin III rübün nəticələrinə əsasən respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Cari ilin əvvəlki rübü ilə müqayisədə III rübdə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik olmayıb, AMB bəyan edib.

 

Xatırladaq ki, bu il noyabrın 1-nə Azərbaycanda kredit kartları ilə 822 milyon manatlıq 13,959 milyon əməliyyat aparılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,1 % və 26,1 % çoxdur.


OXŞAR XƏBƏRLƏR

Eyni ad, eyni peşə və eyni görünüşlü iki yad şəxs DNT testi verdi - FOTO

Hamımız həyatda özümüzə bənzəyən birini tapmağı xəyal etmişik. Bəs bu adam sizinlə eyni peşəyə malikdirsə, eyni addadırsa və eyni əkizini kimidirsə? Sfera.az...

Buzlu Sibir dənizində 67 gün sağ qalmağı bacaran adamın inanılmaz hekayəsi - FOTO

Soyuq dənizlərdə keçirdiyimiz hər an yaşamaq mübarizəsini daha da çətinləşdirir. Okeanın ortasında 67 gün sağ qalmağı bacarsanız nə edərdiniz? Sfera.az bildi...

Diri-diri basdırılan kişi keçmiş iş adamını məhkəməyə verdi

ABŞ-ın Ayova ştatından olan inşaat işçisi Trevor Kilgore 2023-cü ilin iyununda səngərin çökməsi nəticəsində diri-diri torpağa basdırılıb. Bundan sonra o, keçmiş...

Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik. &n...

Türkiyəni gözəl günlər gözləyir - Ərdoğan

Çətinliklər olsa da, Türkiyəni gözəl günlər gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. &...

Sabah bəzi ərazilərdə işıqolmayacaq

"Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.  &nb...