Qazaxda narkokuryer saxlanıldı

Qazaxda narkokuryer <b><span style="color:#ff0000">saxlanıldı</span></b>
Kateqoriya məlum deyil30.11.24, 06:383451 👁️
T

Qazaxda narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Sfera.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

 

Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib.

 

Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.

 

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

PAYLAŞ
Sehliyali
Yüklənir...