Əli Əsədov QƏRAR İMZALADI

Əli Əsədov QƏRAR İMZALADI

Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla qaydada aşağıdakı dəyişikliklər edilib:

 

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.”.

 

2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

 

“4. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.”.

 

3. 5-ci hissə aşağıdakı məzmunda verilsin:

 

“5. Bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.”.


OXŞAR XƏBƏRLƏR

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...

Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyil...

İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb. &nbs...

Azərbaycan XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in sos...

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

"Sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifahı təmin edilir, maaş və pensiyalar artırılır".   Sfera.az xəbər verir ki, bunu Mill...