LEYSAN YAĞACAQ - Sabahın havası açıqlandı

LEYSAN YAĞACAQ - Sabahın havası açıqlandı

Noyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Enerjiyə sərmayələr azalır, kapital süni intellektə yönəlir - IEA-dan xəbərdarlıq

Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları” hesabatına görə, enerji sektorunda artan xərclər və siyasət qeyri-müəyyənlikləri...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı ...

Azərbaycanlı tələbə 170 minlik təqaüd qazandı - Bu ölkədə təhsil alacaq - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-ın nüfuzlu Tulane Universitetinin kimya və biomolekulyar mü...

Avropa Şurasının baş katibi İrəvana gəlir

Avropa Şurasının baş katibi Alen Berse iyunun 11–12-də Ermənistana səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan ...

Bakıda bu qədər şagird məzun olacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 061 şagird bitirir.   Sfera.az xəbər verir ki, 2024-2025-ci təd...

KAAN-ın ilk alıcısı bu ölkə olacaq - Ərdoğan açıqladı

Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb.   Sfera.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, İndoneziya ilə m...