"Barselona" prezidenti COP29 üçün Bakıya gəlir

&quot;Barselona&quot; prezidenti COP29 üçün Bakıya <b><span style="color:#ff0000">gəlir</span></b>
Kateqoriya məlum deyil15.11.24, 06:522564 👁️
T

spaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

 

Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.

 

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.

 

Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.

 

Laporta 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.

PAYLAŞ
Sehliyali
Yüklənir...