Ülviyyənin övladının səhhətində problem yaranıb
Cəmiyyət
18:41 / 30.10.2024
12550
Aktrisa Ülviyyə Xəlilbəyova oğlu Rəsulun səhhətində problem yarandığını bildirib.
Sfera.az xəbər verir ki, bu haqda paylaşım edən aktrisa başının övladına qarışdığını bildirib:
"İki həftə olar ki, instaqramda aktiv deyildim. Çünki uşaqlar xəstə olanda anaların heç nəyə həvəsi olmur. 4 gecə ümumiyyətlə yata bilməmişəm. Rəsulun pnevmaniya olmağından xəbərsiz idim. Eşidəndə çox pis oldum".
Ülviyyə bildirib ki, həkim Rəsulu sağlamlığına qaytarıb:
"Uşaq əvvəlki aktivliyinə geri qayıtdı. İştahası normala döndü".
Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəli olub. Cütlük bir müddət əvvəl rəsmi boşandığını açıqlayıb. Onların Fuad adlı daha bir övladı var.